“Zirə”nin portuqaliyalı qapıçısı: “Qarabağ” Portuqaliyada yaxşı nəticə əldə edə bilər”

Xəbərlər
16 Sentyabr 2025 10:21
74
“Zirə”nin portuqaliyalı qapıçısı: “Qarabağ” Portuqaliyada yaxşı nəticə əldə edə bilər”

"Ümid edirəm ki, mükəmməl oyun görəcəyik. Hər iki komandanın qol vurmaq üçün şansı olacaq".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Tiaqo Silva deyib.

Portuqaliyalı qolkiper "Benfika" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb: "Çempionlar Liqasına layiq matç olmasını istəyirəm. Hazırda dünya futbolunda hər şey mümkündür. Ancaq qarşılaşma Portuqaliyada olduğu üçün meydan sahiblərinin qələbə qazanmaq şansının daha çox olduğunu düşünürəm. "Qarabağ"ın yaxşı əks hücumları var. Sürətli oynasalar, yaxşı nəticə əldə edə bilərlər".

"Benfika"nın yetirməsi olan oyunçu "sabiq komandanıza azarkeşlik edəcəksinizmi" sualını cavablandırıb: "Benfikada anadan olmuşam. Orada böyümüşəm. Bu, mənim üçün xüsusi klubdur. Çıxış etdiyim bütün komandaları izləyirəm: "Benfika", "Vitoriya Qimaraynş", "Aveş"in matçıarına baxıram. "Qarabağ"la bağlılığım yoxdur. Hazırkı klubum isə "Zirə"dir. Keçmiş komandalarıma sevgim olsa da, bu anda yalnız "Zirə"ni dəstəkləyirəm"

Qeyd edək ki, bu gün keçiriləcək "Benfika" - "Qarabağ" oyunu saat 23:00-da start götürəcək.

İdman.biz