DÇ-2026-nın seçmə mərhələsinin Bakıda keçirilən oyununa gələn ukraynalı azarkeşlər Ukrayna yığmasının Azərbaycanla oyunda xal itirməsindən narazılıqlarını bildiriblər.
İdman.biz-in məlumatına görə, final fitindən sonra azarkeşlər ukraynalı futbolçuları çağıraraq matçın nəticəsindən şikayətlərini bildiriblər.
Xatırladaq ki, Azərbaycan və Ukrayna milli komandaları arasında keçirilən görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. 51-ci dəqiqədə Sudakov hesabı açıb, 72-ci dəqiqədə isə millinin kapitanı Emin Mahmudov penaltini qola çevirərək tarazlığı bərpa edib.
İdman.biz