İnsayder: AFFA Canni De Byazinin Azərbaycan millisinə qayıtmasını nəzərdən keçirir

Xəbərlər
9 Sentyabr 2025 18:26
73
İnsayder: AFFA Canni De Byazinin Azərbaycan millisinə qayıtmasını nəzərdən keçirir

Azərbaycan millisinə növbəti dəfə italiyalı mütəxəssis Canni De Byazi başçılıq edə bilər.

İdman.biz-in insayder Canluka Di Martsioya istinadən verdiyi məlumata görə, AFFA Fernandu Santuşla yollarını ayırdıqdan sonra onun namizədliyini nəzərdən keçirir.

Di Martsio yazır: "De Byazi artıq Azərbaycan futbolu ilə tanışdır: o, 2020-ci ilin iyulundan 2023-cü ilin noyabrına kimi milli komandaya rəhbərlik edib. İndi federasiya italyanı onun təcrübəsinə və komandadakı biliyinə arxalana bilər".

Xatırladaq ki, De Byazi 2020-ci il iyulun 30-dan 2023-cü il noyabrın 22-dək Azərbaycan millisini çalışdırıb.

Fernandu Santuş 9 məğlubiyyət, 2 heç-heçədən sonra millinin baş məşqçi postunu tərk edib. Onun rəhbərliyi altında komanda bir dəfə də olsun qələbə qazana bilməyib.

İslandiyaya sarsıdıcı məğlubiyyətdən bir neçə gün sonra AFFA portuqaliyalı baş məşqçi ilə müqaviləyə xitam verdiyini açıqlayıb və millimizə müvəqqəti olaraq Azərbaycanın gənclər (U-21) yığmasının baş məşqçisi Ayxan Abbasov rəhbərlik edir.

İdman.biz