Bu yay "Çelsi"dən "Mançester Siti"yə keçən qapıçı Markus Bettinelli Kobhemdə qonşuları ilə mübahisə edib.
İdman.biz "The Sun"a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper lazımi icazələri almadan 2 milyon funt-sterlinqlik malikanəsinin ərazisində parkinq yeri tikib.
Ərazidə aparılan qazıntı işlərindən narazılıqlarını ifadə edən sakinlər bildiriblər ki, yeni parkinq yaşayış kompleksinin görkəmini korlayır və onlara təhlükə yaradır.
Tikinti onun mülkünün sərhədində aparıldığı üçün futbolçu özü də öz hüquqları çərçivəsində hərəkət etdiyini iddia edir.
Qeyd edək ki, münaqişə qapıçının iqamətgahının yaxınlığındakı 12 metrlik ağacları kəsdikdən cəmi bir neçə həftə sonra başlayıb.
İdman.biz