Matteus Almaniyanın məğlubiyyətinin səbəbini tapıb - VİDEO

Xəbərlər
6 Sentyabr 2025 22:14
57
Matteus Almaniyanın məğlubiyyətinin səbəbini tapıb - VİDEO

1990-cı ildə Almaniya yığmasının heyətində dünya çempionu olmuş Lotar Matteus Slovakiya ilə 0:2 hesabı ilə başa çatan 2026-cı il dünya çempionatının seçmə oyunu barədə danışıb.

İdman.biz bildirir ki, Matteus Almaniya millisində hücumameyilli yarımmüdafiəçi Camal Musialanın yoxluğunun nəticəyə ciddi təsir göstərdiyini vurğulayıb:

“0:2 hesabı ilə uduzmaq olar, amma əsas məsələ necə uduzmaqdadır. Nəticədən daha çox oyunumuz məni təəccübləndirdi. Futbolumuz dəhşətli idi. Əslində hesab bizim üçün hətta xoş nəticələndi. Çox rahatlıqla 4:0 və ya 5:0 ola bilərdi. Musialanı fərdi baxımdan əvəzləmək mümkün deyil. Necə ki, Messini əvəz etmək mümkün deyil. Ümid edirəm, tezliklə qayıdacaq”, – deyə Matteus "Sky Sports Germany"-yə bildirib.

Qeyd edək ki, Almaniya yığması növbəti oyununu 7 sentyabrda Şimali İrlandiyaya qarşı keçirəcək.

İdman.biz