Baş məşqçi: Yamal əla oyunçudur, lakin İspaniya təkcə Lamin deyil

Xəbərlər
6 Sentyabr 2025 20:30
41
Baş məşqçi: Yamal əla oyunçudur, lakin İspaniya təkcə Lamin deyil

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 2-ci turunun oyunu öncəsi İspaniya millisinin 18 yaşlı yarımmüdafiəçisi Lamin Yamal haqda danışıb.

İdman.biz bildirir ki, görüş sentyabrın 7-də baş tutacaq.

"Lamin Yamal böyük istedada malik möhtəşəm oyunçudur. Onun oyununu izləmək çox xoşdur, lakin İspaniya təkcə Lamin deyil. Onların bir çox variantları və əla keyfiyyəti var", - "Barca Universal" X sosial şəbəkəsində Montelladan sitat gətirir.

Türkiyə - İspaniya matçı Konyada "Medas Konya Büyükşehir" stadionunda keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

İdman.biz