"Şəki"yə keçidim anidən baş tutdu. Özüm də düşünmürdüm ki, son anda "Xankəndi" ilə müqaviləmi pozub, gedərəm".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a "Şəki"nin yeni transferi Nurlan Novruzov deyib.
"Xankəndi" ilə yeni imzalanmış müqaviləsinə xitam verərək, "Şəki" ilə anlaşan futbolçu yeni komandasına keçidi haqda danışıb: "Xankəndi" ilə müqaviləmi pozmağa səbəb Cavid İmamverdiyevlə olan münasibətimdir. "Şəki"nin baş məşqçisi Bəhmən Həsənovla görüşüb danışdım. Məndən nə istədiyini dedi, şərtlərlə razılaşdım. "Xankəndi" rəhbərliyi öncə keçidə problem yaratdı. Amma sonra başa düşdülər ki, məni məcbur saxlamaqla həm özlərinə, həm də mənə yaxşı olmayacaq. Elnur müəllimlə danışdım, sağ olsun, hörmətlə yanaşdı. İndi "Şəki"dəyəm. İnşallah, hər şey yaxşı olacaq. Komandamızın hədəfi çempionluqdur. Təbii ki, çətin olacaq, amma özümüzə inanırıq".
Qeyd edək ki, Nurlan Novruzov karyerası ərzində Azərbaycanda "Bakı", "Sumqayıt", "Səbail", "Zirə", Türkiyədə "Şanlıurfa", "Dersim 62 Spor", Moldovada "Dinamo-Auto", Estoniyada "Narva Trans", Nepalda "Maçxindira", Litvada "Jonava" kimi klublarda forma geyinib. O, 2014/15 mövsümündə "Bakı"nın heyətində vurduğu 15 qolla Azərbaycan çempionatının bombardiri olub.
İdman.biz