Fernandu Santuş millimizdə antirekorda imza atıb - VİDEO

Xəbərlər
6 Sentyabr 2025 11:23
72
Fernandu Santuş millimizdə antirekorda imza atıb - VİDEO

Fernandu Santuş Azərbaycan millisində antirekorda imza atıb.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bu, komandanın DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:5 hesabı ilə uduzmasına görə mümkün olub.

O, Azərbaycan millisində baş məşqçi kimi 10-dan çox matça çıxanlar arasında qələbə qazana bilməyən yeganə mütəxəssisdir.

Qeyd edək ki, komandamız Santuşun rəhbərliyi altında 9 məğlubiyyət və 2 heç-heçə əldə edib. Dörd qol vura bilən milli qapısında 29 top görüb.

İdman.biz