Fernandu Santuş: "Tək mən yox, futbolçular da cəzalandırılmalıdır"

Xəbərlər
6 Sentyabr 2025 02:07
46
Fernandu Santuş: "Tək mən yox, futbolçular da cəzalandırılmalıdır"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş hesab edir ki, İslandiyaya sarsıdıcı məğlubiyyətə görə təkcə o deyil, futbolçular da cəzalandırılmalıdır.

İdman.biz-in Reykyavikdən verdiyi xəbərə görə, bu barədə portuqaliyalı mütəxəssis oyundan sonrakı mətbuat konfransında bildirib.

"Futbolda məşqçini günahlandırmaq asandır. Düşünürəm ki, hər kəs cəzalandırılmalıdır - həm məşqçi, həm də futbolçular günahkardır. Ümid edirəm ki, mən və futbolçular növbəti matçda daha yaxşı oynayacağıq", - Santuş deyib.

Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin startında İslandiyada 0:5 hesabı ilə darmadağın olub. Yığma növbəti oyununu sentyabrın 9-da Bakıda Ukraynaya qarşı keçirəcək.

İdman.biz