AFFA rəsmisi FIFA-nın seminarında

Xəbərlər
5 Sentyabr 2025 18:01
38
AFFA rəsmisi FIFA-nın seminarında

İsveçrənin Sürix şəhərində FIFA tərəfindən təşkil olunan Qadın Futbolu üzrə Avropa üçün Regional Seminar (FIFA Women's Football Regional Workshop) keçirilib.

İdman.biz xəbər verir ki, FIFA-nın qərargahında təşkil olunan tədbirdə UEFA-ya üzv olan bütün milli assosiasiyaların nümayəndələri bir araya gələrək, qadın futbolunun inkişafı sahəsində əməkdaşlıq, bilik mübadiləsi aparıb və təcrübə paylaşımı ediblər.

AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva da seminarda iştirak edib.

İdman.biz