“Fənərbaxça” yeni baş məşqçi axtarışlarını davam etdirir.
İdman.biz bildidir ki, bu dəfə klub rəhbərliyi diqqətini milli komandanın baş məşqçisi Vinçentso Montellaya yönəldib.
Belə ki, "Fənərbaxça"nın prezidenti Ali Koç yaxın günlərdə TFF prezidenti İbrahim Hacıosmanoğlu ilə Montella ilə bağlı görüşəcək.
Portuqaliyalı Joze Mourinyo getdikdən sonra klubun baş məşqçisi postuna digər namizədlər İtaliya millisinin keçmiş çalışdırıcısı Luçano Spaletti, “Milan”ın sabiq baş məşqçisi Serxio Konseysao və əvvəllər “Tottenhem Hotspur”da çalışmış Anjelos Postekoqludur.
Hazırda "Fənərbaxça" Türkiyə çempionatının turnir cədvəlində 5-ci yerdədir.