"Espanyol"un idman direktoru: La Liqada nəsə düz edilmir

Xəbərlər
5 Sentyabr 2025 00:17
37
"Espanyol"un idman direktoru: La Liqada nəsə düz edilmir

"Espanyol"un idman direktoru Fran Qaraqarza yay transfer pəncərəsi haqqında danışıb.

İdman.biz bildirir ki, o, İngiltərə Premyer Liqası ilə Avropanın digər top 5 liqası arasında xərclərdəki fərqi qeyd edib.

"Premyer Liqa digər dörd liqadan daha çox xərclədi. Nəsə düzgün edilmir: idarəetmə, maliyyə dayanıqlığı, məsrəflərin aşılması... bu, çox geniş sualdır və mən buna cavab verəcək ən yaxşı mütəxəssis deyiləm. Amma bu, məni La Liqada nəyinsə düzgün getmədiyini düşünməyə vadar edir", - Qaraqarza bildirib.

Xatırladaq ki, bu yay Premyer Liqa klubları transferlərə 3,6 milyard avro xərcləyib. Serie A, Bundesliqa, La Liga və Ligue 1 klubları ümumilikdə daha az, təxminən 3,4 milyard avro xərcləyiblər. Eyni zamanda, İspaniya çempionatının bir sıra klublarında mövsüm üçün futbolçuların qeydiyyatı ilə bağlı problemlər var.

İdman.biz

Məqalədə: