Hannes Halldorsson: “Azərbaycan İslandiya üçün oyunu çətinləşdirə bilər” - MÜSAHİBƏ

Müsahibə
4 Sentyabr 2025 16:55
53
Hannes Halldorsson: “Azərbaycan İslandiya üçün oyunu çətinləşdirə bilər” - MÜSAHİBƏ

“Qarabağ”ın və İslandiya millisinin sabiq qapıçısı Hannes Halldorssonun Futbolinfo.az-a müsahibəsi

– Bilirsiniz ki, sabah İslandiya – Azərbaycan oyunu olacaq. Bu matç barədə fikriniz necədir?

– Oyunu səbirsizliklə gözləyirəm. Hər iki komanda üçün çox vacib qarşılaşmadır və çətin matç olacağını düşünürəm.

– Sizcə, hansı komandanın şansı daha çoxdur? İslandiya favorit hesab olunur, siz də bu fikirlə razısınızmı?

– İslandiya evdə güclüdür və normal oyun sərgiləsələr, qələbə şansları böyükdür.

– Azərbaycan yığmasında komandanız çətinlik yaradacaq futbolçu var?

– Azərbaycan millisi də yaxşı futbolçulara malikdir və İslandiya üçün oyunu çətinləşdirə bilər.

– Oyuna gedəcəksinizmi?

– Bəli, matça gedəcəyəm və çalışacağam ki, “Qarabağ”dakı köhnə komanda yoldaşlarımla görüşüm.

– Azərbaycan yığması bu oyundan xal götürə bilərmi?

– Məncə oyun gərgin və bərabər keçəcək. Azərbaycanın şansı var, amma dediyim kimi, İslandiya evdə güclüdür. Əgər məcbur qalsam, mərcdə ev sahibinə üstünlük verərdim.

İdman.biz