"Atletik" Emerik Laportu qeydiyyatdan keçirmək üçün alternativ variantlar axtarır

Xəbərlər
4 Sentyabr 2025 00:47
30
"Atletik" Emerik Laportu qeydiyyatdan keçirmək üçün alternativ variantlar axtarır

Bilbaonun “Atletik” klubunun mətbuat xidməti klubun Emerik Laportu qeydiyyatdan keçirə bilmədiyini təsdiqləyib.

Daha öncə ispan klubunun “Əl-Nəsr”in müdafiəçisini transfer etdiyi deyilsə də, Səudiyyə komandasının əməliyyat barədə məlumatı vaxtında aidiyyəti orqanlara göndərməyib.

Bu gün “Atletik” təsdiqləyib ki, FIFA İspaniya Kral Futbol Federasiyasının istisna barədə xahişinə baxmayaraq, klubun oyunçunu qeydiyyatdan keçirməsinə icazə verməyib.

“Atletik” oyunçunu qeydiyyatdan keçirə bilmək üçün alternativ variantlar axtarmağa davam edəcəyini bəyan edib.

Xatırladaq ki, “Atletik” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Klublar arasında qarşılaşma oktyabrın 22-də Neapolda baş tutacaq.

İdman.biz