Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, UEFA Region Kubokunun qrup mərhələsinin üç oyununda hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Oktyabrın 15-dən 21-dək Sloveniyada təşkil olunacaq mini-turnir ikinci qrupun oyunlarını əhatə edəcək.
