"Çelsi"nin yeni futbolçusu Alehandro Qarnaço London klubunda 49 nömrə altında çıxış edəcək.
İdman.biz "mavilər"in mətbuat xidmətinə istinadən bildirir ki, seçim təsadüfi deyil - argentinalı məhz bu nömrə altında karyerasına "Mançester Yunayted"in əsas heyətində başlayıb.
Qarnaçonun transferi "Çelsi"yə 40 milyon funt-sterlinqə başa gəlib. Argentinalı baş məşqçi Ruben Amorimlə münaqişədən sonra “Old Trafford”u tərk edib, baxmayaraq ki, o, ötən mövsüm 58 oyun keçirib və 11 qol vuraraq şəxsi rekorda imza atıb. Ümumilikdə cinah oyunçusu “Yunayted”in heyətində 144 oyun keçirib və 26 qol vurub.
İndi Qarnaço "Çelsi"nin heyətində özünü sübut etməli olacaq. 20 yaşlı futbolçu "Stamford Bridge"də bir daha özünü göstərməyə və Argentina milli komandasının 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün heyətinə daxil olmağa ümid edir.
İdman.biz