Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Şahruddin Məhəmmədəliyev: “XXI əsrdə necə süni qazonda oynamaq olar?” - VİDEO - İdman və Biz

Şahruddin Məhəmmədəliyev: “XXI əsrdə necə süni qazonda oynamaq olar?” - VİDEO

Xəbərlər
3 Sentyabr 2025 17:43
132
Şahruddin Məhəmmədəliyev: “XXI əsrdə necə süni qazonda oynamaq olar?” - VİDEO

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının bəzi oyunlarının süni qazonda keçirilməsindən narazıdır.

İdman.biz xəbər verir ki, Azərbaycan Premyer Liqasının üçüncü turunda Şamaxıda “Karvan”a qarşı keçirilən matçdan sonra Futbolxeber.az-a açıqlama verən qolkiper bildirib ki, bu cür meydanlarda oyun keçirilməsi çox təhlükəlidir.

O bildirib ki, şərait hamı üçün eynidir, lakin bu meydanlarla bağlı nəsə etmək lazımdır: "Əgər futbolu inkişaf etdirmək istəyiriksə, başqa səviyyəyə keçmək lazımdır. Bu cür meydanlarda futbol oynamaq olmaz. Hamı bundan əziyyət çəkir. Anlamıram ki, XXI əsrdə necə süni qazonda oynamaq olar? Mənim üçün bu, anlaşılmazdır. Hətta uşaq vaxtı akademiyada belə bu cür meydanda oynamamışam. Yenə deyirəm, hamı üçün şərtlər yenidir. Lakin bu, futbolçular üçün çox təhlükəlidir. İlk növbədə bu stadionda ev oyunlarını keçirən komandalar üçün çətindir”.

Qeyd edək ki, ilk 3 turda "Şamaxı" ilə yanaşı, "Karvan" və "İmişli" də ev oyunlarını Şamaxı stadionunda keçirib.

İdman.biz