"Mançester Yunayted" Antoninin "Betis"ə keçdiyini elan edib

Xəbərlər
1 Sentyabr 2025 22:51
34
"Mançester Yunayted" Antoninin "Betis"ə keçdiyini elan edib

"Mançester Yunayted" rəsmən braziliyalı vinger Antoninin İspaniyanın "Betis" klubuna transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, tərəflər transfer haqqında razılığa gəliblər və sövdələşmənin əsas detallarını dəqiqləşdiriblər.

Antoni ötən mövsümün ikinci yarısında artıq icarə əsasında “Betis”də çıxış edib. Bu müddət ərzində o, 26 oyun keçirib, doqquz qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.

Xatırladaq ki, "Betis" ötən mövsümü La Liqa turnir cədvəlində altıncı yerdə başa vurub.

İdman.biz