"Vilyarreal" Fransanın "Lion"unda çıxış edən Gürcüstan millisinin hücumçusu Jorj Mikautadze ilə müqavilə imzaladığını açıqlayıb.
İdman.biz xəbər verir ki, 24 yaşlı futbolçu ilə müqavilə 6 illikdir.
Mətbuatın yazdığına görə, transferin məbləği 31 milyon avrodur. "Lion" bir il əvvəl Mikautadzeni 18,5 milyon avroya alıb.
Forvard Fransa klubunun heyətində bütün turnirlərdə 47 oyun keçirib, 17 qol vurub, 11 məhsuldar ötürmə edib. Əvvəllər o, “Metz” və “Ayaks” klublarında da çıxış edib.
Qeyd edək ki, Jorj Mikautadze azərbaycanlı azarkeşlərə yaxşı tanışdır. O, ötən ilin noyabrında “Lion”un heyətində Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Qarabağ”la oyunda dubl edib.
İdman.biz