DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də, Reykyavik şəhərindəki “Lauqardalsvollur” stadionunda keçiriləcək İslandiya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub.
İdman.biz xəbər verirki, əvvəlcə İslandiya millisinin açıq məşq və ardınca mətbuat konfransı olacaq.
Azərbaycan yığmasının mətbuat konfransı açıq məşqdən əvvəl keçiriləcək.
İslandiya - Azərbaycan: Açıq məşq və mətbuat konfransı
4 sentyabr
İslandiya milli komandası
15:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
16:45. Mətbuat konfransı
Azərbaycan milli komandası
21:45. Mətbuat konfransı
22:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
İdman.biz