“Zirə”də yubiley - 200

Xəbərlər
1 Sentyabr 2025 10:55
32
“Zirə”də yubiley - 200

“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü ev qolunu vurub.

İdman.biz xəbər verir ki, bu topa Yeqor Boqomolski imza atıb.

Belaruslu hücumçu Misli Premyer Liqasının III turunun “Kəpəz”lə görüşündə (5:0) fərqlənib. Bakı klubu turnirdəki 154-cü ev sınağında vurulan qol sayını 201-ə də çatdırıb.

Qeyd edək ki, “Zirə”nin Premyer Liqada ilk ev qolunu 2015-ci il avqustun 9-da AZAL-la görüşdəki yeganə topun müəllifi olan Viktor İqbekoyi vurub.

İdman.biz