"Qarabağ"la oyuna görə macarlar təhlükəsizliyi gücləndirir

Xəbərlər
27 Avqust 2025 15:51
54
"Qarabağ"la oyuna görə macarlar təhlükəsizliyi gücləndirir

"Ferentsvaroş"un Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Macarıstan tərəfi təhlükəsizliyi gücləndirir.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, qonaqlar macar azarkeşlərin problemlərinin tez həll edilməsi məqsədi ilə bu addımı atıb.

Sözügedən ölkənin konsulunun üç əməkdaşı Bakıdadır. Onlardan biri hava limanında digər ikisi isə stadionda xitmət göstərəcək.

Qeyd edək ki, bu gün baş tutacaq "Qarabağ" - "Ferentsvaroş" görüşü saat 20:45-də start götürəcək. Səfərdəki ilk qarşılaşmada Azərbaycan çempionu qalib gəlib - 3:1

İdman.biz