“Fənərbaxça”ya türk zərbəsi - Çempionlar Liqasına VİDA

Xəbərlər
28 Avqust 2025 01:00
172
“Fənərbaxça”ya türk zərbəsi - Çempionlar Liqasına VİDA

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində son 4 görüş keçirilib.

Günün ilk qarşılaşması Bakıda "Qarabağ"la Macarıstan "Ferentsvaroş"u arasında olub. Təmsilçimiz uduzsa, mərhələ adlamağı bacarıb.

Türkiyədə qolsuz heç-heçə edən "Fənərbaxça" Portuqaliyada "Benfika" ilə qarşılaşıb. Türkiyə təmsilçisinin 16 mövsüm sonra Çempionlar Liqasının əsas mərhələsinə adlamaq arzusu gerçəkləşməyib. Kerem Aktürkoğlunun vurduğu qol "Benfika"ya 1:0 hesabı ilə qələbə qazandırıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) - 2:3
İlk oyun - 3:1

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) - 1:0
İlk oyun - 0:0

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) - 2:0
İlk oyun - 1:1

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) - 6:0
İlk oyun - 3:1

Qeyd edək ki, bir gün öncə “Kayrat” (Qazaxıstan), “Pafos” (Kipr) və “Budö Qlimt” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

İdman.biz