Azərbaycanlı qolkiperi İspaniya klubları istəyir

Xəbərlər
25 Avqust 2025 15:06
53
Azərbaycanlı qolkiperi İspaniya klubları istəyir

"Barselona"nın B komandasında oynayan Eldar Tağızadənin xidmətində maraqlı olan klublar var.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, 22 yaşlı qolkiper İspaniyanın “İbiza” klubunun diqqətini çəkib.

Belə ki, bu klub azərbaycanlı qolkiperi qışa qədər icarəyə götürməyi planlaşdırır. Lakin qolkiper özü “Barselona” B komandasında qalmağı və yeni mövsümə məhz bu komandada başlamağı planlaşdırır.

Qeyd edək ki, “Barselona” B komandasının çıxış etdiyi 3-cü liqada mövsümə sentyabrın 7-də start veriləcək. Onun formasını geyindiyi klub evdə “Porreres”lə qarşılaşacaq.

Eldar 2026-cı il iyunun 30-na qədər Kataloniya klubuna məxsusdur. Əlavə edək ki, azərbaycanlı futbolçu 2024-cü il avqustun 10-da "Barselona"ya keçib. O, ötən mövsüm icarə əsasında "Tudelano"nun qapısını qorumuşdu.

İdman.biz