"Everton"un yeni stadionda ilk qələbəsi, "Mançester Yunayted" üstünlüyü əldən verib - YENİLƏNİB/VİDEO

Xəbərlər
24 Avqust 2025 21:30
68
"Everton"un yeni stadionda ilk qələbəsi, "Mançester Yunayted" üstünlüyü əldən verib - YENİLƏNİB/VİDEO

İngiltərə Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

İdman.biz xəbər verir ki, "Everton" yeni stadionu "Hill Dickinson"da və ümumiyyətlə bu mövsüm ilk qələbəsini qazanıb.

Liverpul təmsilçisinin "Brayton"a 2:0 hesabı ilə qalib gəldiyi oyunda hər iki qolun ötürməsini Cek Qriliş verib. 29 yaşlı vinger bu yay "Mançester Siti"dən icarə əsasında "Everton"a keçib. Qriliş "şəhərlilər"in heyətində son iki mövsümdə Premyer Liqada 40 matçda iki məhsuldar ötürmə etmişdi.

"Kristal Pelas" və "Nottingem Forest" isə hərəyə bir qolla hesablarına 1 xal yazdırıblar.

Günə Londonda keçiriləcək "Fulhem" - "Mançester Yunayted" matçı ilə yekun vurulub. Qonaqlar hesabı açsalar da, üstünlüyü qoruyub saxlaya bilməyiblər - 1:1. "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes görüşün 38-ci dəqiqəsində penalti zərbəsini reallaşdıra bilməyib: portuqaliyalı topu qapıdan yuxarı vurub.

İngiltərə
Premyer Liqa, 2-ci tur
24 avqust
17:00. Everton - Brayton 2:0
17:00. Kristal Pelas - Nottingem Forest 1:1
19:30. Fulhem - Mançester Yunayted 1:1

O

Q

Н

M

T

X

1

Arsenal

2

2

0

0

6-0

6

2

Tottenhem

2

2

0

0

5-0

6

3

Çelsi

2

1

1

0

5-1

4

4

Nottingem Forest

2

1

1

0

4-2

4

5

Mançester Siti

2

1

0

1

4-2

3

6

Liverpul

1

1

0

0

4-2

3

7

Sanderlend

2

1

0

1

3-2

3

8

Everton

2

1

0

1

2-1

3

9

Bornmut

2

1

0

1

3-4

3

10

Börnli

2

1

0

1

2-3

3

11

Brentford

2

1

0

1

2-3

3

12

Lids

2

1

0

1

1-5

3

13

Fulhem

2

0

2

0

2-2

2

14

Kristal Pelas

2

0

2

0

1-1

2

15

Nyukasl

1

0

1

0

0-0

1

16

Mançester Yunayted

2

0

1

1

1-2

1

17

Aston Villa

2

0

1

1

0-1

1

18

Brayton

2

0

1

1

1-3

1

19

Vulverhempton

2

0

0

2

0-5

0

20

Vest Hem

2

0

0

2

1-8

0

İdman.biz

Məqalədə: