Azərbaycan yığmasının kapitanı Türkiyə klubunda

Xəbərlər
24 Avqust 2025 13:41
54
Azərbaycan yığmasının kapitanı Türkiyə klubunda

Rusiyanın "Krasnodar" klubundan ayrılan qadınlardan ibarət Azərbaycan yığmasının kapitanı Sevinc Cəfərzadə karyerasını Türkiyədə davam etdirəcək.

İdman.biz xəbər verir ki, futbolçu ilə "Yüksekova" klubu arasında 1 illik müqavilə imzalanıb.

Məlumat üçün bildirək ki, yığmamızın qolkiperi Aytac Şərifova da bu komandada oynayır.

Qeyd edək ki, Cəfərzadə 2010-cu ildən Azərbaycanın millisində forma geyinir.

İdman.biz