Azərbaycanlı futbolçusuz "Eqnatiya"dan mövsümə uğursuz başlanğıc

Xəbərlər
23 Avqust 2025 01:52
34
Azərbaycanlı futbolçusuz "Eqnatiya"dan mövsümə uğursuz başlanğıc

Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya çempionatında 2025/2026 mövsümünə start verib.

İdman.biz xəbər verir ki, son çempion səfərdə "Vlajniya"nın qonağı olub.

24 yaşlı müdafiəçimiz bu görüşdə ehtiyada qalıb. Nəticədə Zamiqin komandası açılış matçında 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Eqnatiya" son iki mövsümdə Albaniya çempionu titulunu qazanıb.

İdman.biz