Misli Premyer Liqası: "İmişli" "Neftçi"yə, “Qarabağ” “Sumqayıt”a qarşı

Xəbərlər
22 Avqust 2025 09:18
67
Misli Premyer Liqası: "İmişli" "Neftçi"yə, “Qarabağ” “Sumqayıt”a qarşı

Bu gün Misli Premyer Liqasında II tura start veriləcək.

İdman.biz xəbər verir ki, turun açılış oyununda "İmişli" "Neftçi"ni qəbul edəcək.

Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmada hər iki komanda ilk qələbəsini qazanmağa çalışacaq.

Ardınca Azərbaycan çempionu "Qarabağ" mövsümdə ilk görüşünə çıxacaq. Qurban Qurbanovun komandası evdə "Sumqayıt"la üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
II tur
22 avqust

17:00. “İmişli” – “Neftçi”
Baş hakim:
Rauf Cabarov
Şamaxı şəhər stadionu

19:30. “Qarabağ” – “Sumqayıt”
Baş hakim:
Cavid Cəlilov
“Azersun Arena”

Qeyd edək ki, II turun digər matçları 23-25 avqust tarixlərində keçiriləcək.

İdman.biz