“Qarabağ”la oyundakı səhvləri təhlil edəcəyik".
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın “Ferensvaroş” komandasının futbolçusu Aleks Tot UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a uduzduqları ilk oyundan (1:3) sonra deyib.
O, Ağdam təmsilçisinin əlinə düşən qol fürsətlərini yaxşı dəyərləndirib: “Öz səhvlərimizdən rəqibin üç qol vurmasına imkan yaratdıq. Cavab oyununda şansımız var. Komandamıza güvənirəm”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
İdman.biz