Macarıstanlı hücumçu: “Qarabağ”la oyunda heç-heçəyə can atırdıq"

Xəbərlər
20 Avqust 2025 13:42
57
Macarıstanlı hücumçu: “Qarabağ”la oyunda heç-heçəyə can atırdıq"

"Hələ heç nə bitməyib".

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın “Ferensvaroş” komandasının futbolçusu Jombor Qruber UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O, məğlubiyyəti şərh edib: "Üçüncü qolun qarşısını almaq olardı, təəssüf ki, bacarmadıq. Hesab 1:2 olanda biz heç-heçəyə can atırdıq. Səfər oyununda daha erkən qol vurmaq istəyirik. Daha yaxşı olduğumuzu göstərməliyik”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

İdman.biz