Misli Premyer Liqasında bu gün I turun daha 2 oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, günə Şamaxıda start veriləcək.
Çempionatın iddialılarından olan “Turan Tovuz” ev oyunlarını keçirdiyi bu şəhərdə debütant “İmişli”nı qəbul edəcək.
“Neftçi” isə doğma meydanda “Şamaxı”nı sınağa çəkəcək.
Misli Premyer Liqası
I tur
16 avqust
17:00. “İmişli” – “Turan Tovuz”
Baş hakim: Kamal Umudlu
Şamaxı şəhər stadionu
20:00. “Neftçi” – “Şamaxı”
Baş hakim: Elçin Məsiyev
“Neftçi Arena”
Qeyd edək ki, turun ilk görüşü - “Karvan-Yevlax” – “Qəbələ” oyunu heç-heçə (1:1) başa çatıb. Turun digər 2 görüşü isə sabah keçiriləcək.
İdman.biz