Aleksandr Zinçenko: Türkiyəyə, yoxsa Portuqaliyaya?

Xəbərlər
16 Avqust 2025 11:00
46
Aleksandr Zinçenko: Türkiyəyə, yoxsa Portuqaliyaya?

"Portu" klubu da "Arsenal"ın sol cinah müdafiəçisi Aleksandr Zinçenkonu transfer etmək niyyətindədir.

İdman.biz xəbər verir ki, bu barədə "Give Me Sport" məlumat yayıb.

Portuqaliya klubunun artıq 28 yaşlı ukraynalı futbolçunun transferi ilə bağlı "Arsenal"a müraciət etdiyi bildirilir. Danışıqlar hələ erkən mərhələdə olsa da, klublar arasında yaxşı münasibətlər bu keçidə yardımçı ola bilər.

Həmçinin qeyd olunur ki, Zinçenko transferə açıqdır və "Arsenal" futbolçunu gələn yaya kimi qüvvədə olacaq müqaviləsinin müddəti bitmədən satmağa üstünlük verir ki, onu pulsuz itirməsin.

Qeyd edək ki, yaxın günlərdə "Sporx" Zinçenkonun 10 milyon avro qarşılığında "Fənərbağça"ya keçidi ilə bağlı razılıq əldə olunduğunu yazmışdı.

İdman.biz