Mövsümün ilk qolunun müəllifi: “Premyer Liqanın səviyyəsi başqadır” - MÜSAHİBƏ

Müsahibə
16 Avqust 2025 10:44
54
Mövsümün ilk qolunun müəllifi: “Premyer Liqanın səviyyəsi başqadır” - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün ilk qolunun müəllifi olan “Qəbələ”nin yarımmüdafiəçisi Domi Massumonun Futbolxeber.az-a müsahibəsi

- Mövsümün açılış oyununda “Karvan”la görüşdə 1 xalla kifayətləndiniz. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?

- Bizim üçün çətin oyun keçdi. Meydanda yaxşı çalışdıq. Lakin hiss olunurdu ki, Premyer Liqanın səviyyəsi başqadır.

- İkinci hissədə hesabda önə keçsəniz də, qələbəni əldən verdiniz. Buna səbəb nə oldu?

- Həqiqətən də mövsümə 3 xalla başlamağa çox yaxın idik. Təəssüf ki, yekunda cəmi 1 xalla kifayətləndik. Əslində, ikinci qolu vursaydıq, işimiz daha rahat olardı. Təəssüf ki, həm ilk, həm də ikinci hissədə bir neçə real şansları dəyərləndirə bilmədik.

- Mövsümün ilk qolunun müəllifi oldunuz...

- Əlbəttə, bu, çox xoşdur. Lakin komandamız qələbə qazansaydı, daha da sevinərdim.

- Fərqləndiyinizi nəzərə alsaq, yəqin ki, Premyer Liqada debütunuzu uğurlu hesab edirsiniz?

- Açığı, özüm öz oyunumu qiymətləndirmək istəməzdim. Yalnız onu deyə bilərəm ki, etdiyimdən daha artığını edə bilərəm. Bunun üçün də çalışıram. Oyundan oyuna daha yaxşı performans sərgiləməyə çalışacağam.

- “Qəbələ” Premyer Liqaya nə dərəcədə hazırdır?

- Ümumi götürəndə komandamızın səviyyəsi pis deyil. Sadəcə bəzi oyunçularımız komandaya bir qədər gec qoşulublar. Hazırlığımız yüksək səviyyədə keçib. Növbəti oyunlarda daha uğurlu olmağa çalışacağıq.

- Komandanızın cari mövsümdəki hədəfi nədir?

- Mümkün olduğu qədər uğurlu çıxış etməyə çalışacağıq. Heyətimizə, komandamıza inanıram. Çox çalışmaqla uğurlu nəticələr qazana bilərik.

İdman.biz