Səudiyyə Ərəbistanının NEOM klubu "İnter"in müdafiəçisi Benjamin Pavara təklif göndərib.
İdman.biz xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano sosial şəbəkə hesabında yazıb.
Mənbənin məlumatına görə, əgər 29 yaşlı fransalı futbolçu Səudiyyə Ərəbistanına keçidə razılıq versə, klub "İnter"lə rəsmi danışıqlara başlayacaq.
Pavarın hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 25 milyon avro olaraq qiymətləndirir. O, 2024/25 mövsümündə 38 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, bir müddət əvvəl "Qalatasaray"ın da onu heyətinə qatmaq istdiyi barədə xəbərlər yayılmışdı.
İdman.biz