Tofiq Bəhramov mükafatının qalibləri bəlli olub

Xəbərlər
16 Avqust 2025 01:54
32
Tofiq Bəhramov mükafatının qalibləri bəlli olub

AFFA tərəfindən təsis olunmuş Tofiq Bəhramov adına mükafatın növbəti qalibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, ötən mövsümün yekunlarına görə, ən yaxşı baş hakim adına Əliyar Ağayev layiq görülüb.

Ən yaxşı köməkçi hakim nominasiyasında isə Zeynal Zeynalov fərqlənib. Qaliblərə mükafat bu gün Misli Premyer Liqasının 2025/2026 mövsümünün açılış oyunu çərçivəsində keçirilən "Karvan Yevlax" – "Qəbələ" görüşündən əvvəl AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker və veteran hakim Rüstəm Rəhimov tərəfindən təqdim olunub.

İdman.biz