Türkiyə Superliqasında 2-ci tur start verilib.
İdman.biz xəbər verir ki, "Qalatasaray" öz meydanında "Karagümrük"ü qəbul edib.
Son çempion bu görüşdə ciddi çətinliklə üzləşməyib. Okan Burukun komandası 3:0 hesabı ilə qalib gəlib. Oyun uzun müddətdən sonra zədəsini sağaldaraq, yaşıl sahələrə dönən Mauro İkardinin qol vurması ilə yadda qalıb.
Qeyd edək ki, "Qalatasaray" ilk turda səfərdə "Qaziantep"i məğlub edib - 3:0.
Türkiyə Superliqası
2-ci tur
15 avqust
22:30. "Qalatasaray" - "Karagümrük" - 3:0
İdman.biz