Açılış matçında bir qol, bir qırmızı vərəqə

Xəbərlər
16 Avqust 2025 00:44
41
Açılış matçında bir qol, bir qırmızı vərəqə

Futbol üzrə Fransa Liqa 1-də 2025/2026 mövsümü start götürüb.

İdman.biz xəbər verir ki, açılış matçında "Renn" və "Marsel" üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. 31-ci dəqiqədən azlıqda qalan "Renn" qələbə qazanmağı bacarıb. Meydan sahibləri 90+1-ci dəqiqədə fərqləniblər.

Qeyd edək ki, bu gün çempionatda daha 3 oyun keçiriləcək.

İdman.biz