"Vilyarreal" öz meydanında qalib gəlib - VİDEO

Xəbərlər
16 Avqust 2025 01:26
33
"Vilyarreal" öz meydanında qalib gəlib - VİDEO

İspaniya La Liqasında 2025/2026 mövsümü "Jirona" - "Rayo Valekano" matçı ilə start götürüb.

İdman.biz xəbər verir ki, qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.

Günün digər matçında "Vilyarreal" öz meydanında "Ovyedo" ilə üz-üzə gəlib. Ev sahibləri fasiləyə kimi iki qol vuraraq, görüşün taleyini həll ediblər. Qonaqların 24 ildən sonra La Liqaya dönüşü məğlubiyyətlə yadda qalıb.

İspaniya La Liqası
1-ci tur
15 avqust

21:00. "Jirona" - "Rayo Valekano" - 1:3
23:30. "Vilyarreal" - "Ovyedo" - 2:0

İdman.biz