“Kəpəz”dən baxışa çağırılan futbolçu ilə bağlı QƏRAR

Xəbərlər
15 Avqust 2025 12:48
45
“Kəpəz”dən baxışa çağırılan futbolçu ilə bağlı QƏRAR

"Kəpəz" klubunun baxışa çağırdığı futbolçu Donald Donqo ilə bağlı qərarı bəlli olub.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Adil Şükürov Fildişi Sahilindən olan 22 yaşlı vingerin məşqdəki performansını bəyənir.

Belarusda BATE-nin formasını geyinmiş oyunçu ilə tezliklə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə bu gün start veriləcək. "Kəpəz" avqustun 17-də "Sumqayıt"ın qonağı olacaq.

İdman.biz