Fernandu Santuş və AFFA rəhbərliyi bölgəyə səfər edəcək

Xəbərlər
15 Avqust 2025 10:23
39
Fernandu Santuş və AFFA rəhbərliyi bölgəyə səfər edəcək

Bu gün Misli Premyer Liqasında 2025-2026 mövsümü start götürür. Çempionatın açılış matçı Şamaxıda “Karvan Yevlax”la “Qəbələ” arasında olacaq.

İdman.biz İdmanxeber.az-a istinadən xəbər verir ki, qarşılaşmanı milli komandanın baş məşqçisi Fernandu Santuşun da izləməsi gözlənilir.

Portuqaliyalı mütəxəssisin Şamaxıya yola düşəcəyi bildirilir. Santuşla yanaşı, AFFA rəhbərliyi də bölgəyə səfər edəcək.

Qeyd edək ki, “Karvan Yevlax” – “Qəbələ” matçı saat 17:00-da start götürür.

İdman.biz