"Sumqayıt" Yevlaxa "köçür": biri icarə, digəri transfer - FOTO

Xəbərlər
14 Avqust 2025 17:40
40
"Sumqayıt" Yevlaxa "köçür": biri icarə, digəri transfer - FOTO

"Karvan-Yevlax" daha bir legionerinin adını açıqlayıb.

İdman.biz xəbər verir ki, bölgə təmsilçisi "Sumqayıt"dan icarəyə götürdüyü fransalı müdafiəçi İmani Barkeri rənglərinə bağlayıb.

Onunla 1 illik anlaşma imzalanıb.

"Karvan-Yevlax", həmçinin son mövsümü "Sumqayıt"da keçirən yarımmüdafiəçi Qabil Əlizadənin də keçidini həll edib. O da 2025/2026 mövsümündə Yevlax təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Barker "Sumqayıt"la bu gün 4 illik müqavilə imzalayıb.

İdman.biz