“Sumqayıt” fransalı müdafiəçi ilə müqavilə bağlayıb, “Karvan-Yevlax”a icarəyə verib

Xəbərlər
14 Avqust 2025 11:45
49
“Sumqayıt” fransalı müdafiəçi ilə müqavilə bağlayıb, “Karvan-Yevlax”a icarəyə verib

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Klubdan İdman.biz-ə verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi fransalı müdafiəçi İmani Barker ilə 4 illik müqavilə imzalayıb.

22 yaşlı oyunçu mövsümün sonuna qədər “Karvan-Yevlax” klubuna icarəyə verilib.

Qeyd edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resende ilə gücləndirib.

İdman.biz