Çarles Boli: "Çətin olacaq, ancaq biz hazırıq"

Xəbərlər
13 Avqust 2025 20:55
30
Çarles Boli: "Çətin olacaq, ancaq biz hazırıq"

"Futboldur, belə nəticələr olur. Birinci oyunu unutmuşuq".

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Çarles Boli UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Omoniya” ilə cavab görüşündən öncə keçirilmiş mətbuat konfransı deyib.

Fransalı hücumçu bildirib ki, ikinci görüşdə daha yaxşı nəticə qazanacaqlarına ümidlidir: "Sabahkı oyunda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, oyun çətin, gərgin olacaq, ancaq biz hazırıq. Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.

Qeyd edək ki, "Araz-Naxçıvan" paytaxtımızda keçirilən ilk matçda 0:4 hesabı ilə məğlub olub. Cavab oyunu sabah saat 21:00-da başlayacaq.

İdman.biz