Elmar Baxşıyev: "Yaxşı nəticə qazanmaq üçün çalışacağıq"

Xəbərlər
13 Avqust 2025 20:32
38
Elmar Baxşıyev: "Yaxşı nəticə qazanmaq üçün çalışacağıq"

"Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir".

İdman.biz xəbər verir ki, bunu Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Omoniya” ilə cavab oyunundan əvvəl keçirilən mətbuat konfransı deyib.

Təcrübəli mütəxəssis ilk görüşdə istənilən səviyyədə çıxış etmədiklərini bildirib: Elmar Baxşıyev: “Doğma meydanda böyükhesabla məğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik. Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Yaxşı nəticə qazanmaq üçün çalışacağıq. Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu da göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik. Havanın temperaturu Bakı ilə demək olar, oxşardır. Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu futbolçulara problem yaratmamalıdır”.

Qeyd edək ki, "Omoniya" - "Araz-Naxçıvan" matçı sabah saat 21:00-da start götürəcək. İlk görüşdə Kipr təmsilçisi Bakıda 4:0 hesabı ilə qalib gəlib.

İdman.biz