“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik mümkün istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdman.Biz "The Sun"a istinadən xəbər verir ki,ingiltərəli mütəxəssis klubdakı mövqeyinin və üzərinə düşən məsuliyyətin tam aydın olduğunu vurğulayıb.
“Hər şey son dərəcə aydındır. Rolumu və vəzifələrimi bilirəm. İşlərin nə vaxt yaxşı getdiyini, nə vaxt nəyisə düzəltmək lazım olduğunu başqasının mənə deməsinə ehtiyac yoxdur. Bunu özüm də bilirəm. Real vəziyyəti başa düşürəm və bu, məni qətiyyən narahat etmir. Hər şey aydındır, bu barədə əlavə edəcəyim çox şey yoxdur.
Bilirəm ki, hər şeyin qaydasına düşməsi üçün matçlarda qalib gəlməliyik. Rəhbərliyin qeyd-şərtsiz dəstəyini hiss edirəmmi? Bəli, niyə də yox? Klubda hər kəslə əla münasibətlərim var. Heç bir problem və ya narazılıq yoxdur. Biz oyunlarda qalib gəlməliyik və məhz buna çalışırıq”, - deyə Karrik söyləyib.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında keçirdiyi yeddi oyundan sonra yeddi xalla 13-cü pillədə qərarlaşıb.
