Joan Qamper kuboku: "Barselona"dan qol yağışı - YENİLƏNİB/VİDEO

Xəbərlər
11 Avqust 2025 00:59
128
Joan Qamper kuboku: "Barselona"dan qol yağışı - YENİLƏNİB/VİDEO

Hər il mövsümöncəsi təşkil olunan Joan Qamper kuboku uğrunda "Barselona" bu dəfə İtaliyanın "Komo" klubu ilə qarşılaşıb.

İdman.biz xəbər verir ki, matç Barselonada Yohan Kroyff adına stadionda keçirilib.

Rəqibinə 5 cavabsız qolla qalib gələn "Barsa" Joan Qamper kubokunu qazanıb. Qollardan dördünü birinci hissədə vuran meydan sahiblərinin heyətində Fermin Lopes və Lamin Yamal dubl ediblər.

Ötən mövsüm "Komo" A Seriyasını 10-cu pillədə başa vurub.

Joan Qamper kuboku
10 avqust
23:00. "Barselona" (İspaniya) - "Komo" (İtaliya) 5:0

Qeyd edək ki, Joan Qamper katalon klubunun yaradıcısıdır. Turnir 1966-cı ildən bəri təşkil edilir. Bu il turnir 60-cı dəfə keçiriləcək. “Blauqrana” bu kuboku 46 dəfə qazanıb. Turnirin son qalibi “Monako” olub. Liqa 1 təmsilçisi ötən il "Barselona"nı 3:0 hesabı ilə məğlub edib.

İdman.biz