Premyer Liqa klublarına oyun qaydaları ilə bağlı məlumat verilib - FOTO/VİDEO

Xəbərlər
13 Avqust 2025 22:03
63
Premyer Liqa klublarına oyun qaydaları ilə bağlı məlumat verilib - FOTO/VİDEO

AFFA-nın inzibati binasında Misli Premyer Liqasında çıxış edən klubların rəsmiləri ilə 2025/2026-ci illər mövsümündə tətbiq ediləcək yeni oyun qaydaları ilə bağlı görüş keçirilib.

İdman.biz xəbər verir ki, görüşdə AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker və AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev iştirak ediblər.

Onlar komandanın üzvlərinə qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan çempionatında növbəti mövsüm avqustun 15-də start götürəcək.

İdman.biz