Hindistandan “Mingəçevir”ə

Xəbərlər
14 Avqust 2025 12:18
72
Hindistandan “Mingəçevir”ə

“Araz-Naxçıvan”ın sabiq futbolçusu Mohammed Kadiri karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi bu dəfə Premyer Liqa deyil, I Liqada çıxış edəcək.

29 yaşlı dayaq yarımmüdafiəçisi “Mingəçevir”lə anlaşıb. “Araz-Naxçıvan”dan ayrıldıqdan sonra ötən mövsümü Hindistanda keçirən futbolçunun tezliklə Azərbaycana gəlməsi gözlənilir. Yeni mövsümə iddialı başlamaq istəyən “Mingəçevir” isə Kadiri ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Qeyd edək ki, Mohammed Kadiri 2023-24 mövsümündə “Araz-Naxçıvan”ın heyətində Premyer Liqada 31 oyun keçirib, 3 qol vurub.

İdman.biz