"Qarabağ"ın "Ferentsvaroş"la oyunlarının vaxtı açıqlanıb

Xəbərlər
13 Avqust 2025 09:15
56
"Qarabağ"ın "Ferentsvaroş"la oyunlarının vaxtı açıqlanıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasında Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi pley-off oyunlarının başlama saatları açıqlanıb.

İdman.biz xəbər verir ki, avqustun 19-da "Groupama Arena"da baş tutacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Oyun saat 20:45-də başlayacaq.

İdman.biz