"Neftçi"nin yeni transferi nə qədər maaş alacaq?

Xəbərlər
11 Avqust 2025 09:27
53
"Neftçi"nin yeni transferi nə qədər maaş alacaq?

"Neftçi"nin yeni transferi Falaye Sakonun "ağ-qaralar"dakı maaşı bəlli olub.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu illik 300 min avro məvacibə razılaşıb.

Mali millisinin üzvü ötən gün Bakı təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Falaye Sako 2023-cü ildən Fransa təmsilçisi "Monpelye"də çıxış edib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.

İdman.biz